28 C
Baku
16 Sentyabr 2026, 20:34
Baş xəbər

Başlıq: Vüqar Bayramov: Azərbaycan–Qırğızıstan ticarət dövriyyəsi son 5 ildə 13 dəfədən çox artıb

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov rəsmi sosial media hesabında Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərinin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirib.

Deputat qeyd edib ki, son illər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər daha da dərinləşib və bu, ticarət dövriyyəsində də öz əksini tapır. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 94 faiz artaraq 40 milyon dollardan 77,2 milyon dollara yüksəlib. Son beş ildə isə bu göstərici 13 dəfədən çox artıb.

Vüqar Bayramov vurğulayıb ki, tərəflər yalnız ticarət deyil, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sərmayə qoyuluşu istiqamətində də əməkdaşlığı gücləndiriblər. Onun fikrincə, qarşılıqlı yüksək səviyyəli səfərlər mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsinə imkan yaradacaq.

Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın genişlənməsi bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyasına və regionun inkişafına mühüm töhfə verir. O hesab edir ki, Prezident İlham Əliyevin dövlət səfəri iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək.

Aynur Camal

Oxşar xəbərlər

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Səudiyyə Ərəbistanı Məkkənin təhlükəsizliyini “qırmızı xətt” elan etdi

Aynur Camal

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu