9 C
Baku
27 Dekabr 2024, 6:09
Baş xəbər

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə əhalinin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlə görüş keçirilib.

Görüşdə Müdafiə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi,  “Azərbaycan Hava Yolları” QSC, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işləri, işğaldan azad edilmiş ərazilərimizdə məşğulluğun təminatı istiqamətində həyata keçirilən tədbirləri qeyd edib. Bu tədbirlərdə işəgötürənlərlə sıx əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

İşğaldan azad olunan ərazilərimizə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olunması məqsədilə aktiv məşğulluq proqramlarının  icrası sahəsində görülmüş işlər, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan arasında müqavilələr imzalandı 

Bugün TV

İlham Əliyev Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Nigar Məmmədova

Cənubi Koreyada hər 10 nəfərdən 9-u it əti yemək istəmir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu