30.6 C
Baku
10 Avqust 2026, 10:30
DünyaHadisə

Qasırğa nəticəsində ölənlərin sayı 1000-ə çatdı

Bugun.tv xəbər verir ki, təbii fəlakət Malavidə baş verib.

Qasırğa səbəbi ilə ölənlərin sayı 1000-ə yüksəlib. Yarım milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə ölkə prezidenti Lazarus Çakvera mətbuata açıqlamasında bildirib.

“Evlər, körpülər, məktəblər və iş yerləri dağılıb. Yollar, elektrik xətləri və əkin sahələrinə dağıntılar nəticəsində ciddi ziyan dəyib”, – o qeyd edib.

Çakvera ölkədə qasırğa səbəbi ilə iqtisadi fəaliyyətin də kəsildiyini vurğulayıb.

Mozambik və Madaqaskar da sözügedən təbii fəlakətdən mənfi təsirlənib. Mozambikdə 70-ə yaxın adam ölüb.

Ümumdünya Meteorologiya Təşkilatı fevral ayında başlayan və bir aydan çox davam edən Freddy qasırğasının tarixin ən uzun sürən qasırğası ola biləcəyini açıqlayıb.

Mənbə: NTV haber

Bugün TV

Oxşar xəbərlər

Ukrayna və Rusiya bir-birini ölümcül hücumlarda ittiham edir, Odessa limanına ziyan dəydi

Aynur Camal

Netanyahu Trampın Qəzzə planını “qeyri-məqbul” adlandırdı

Aynur Camal

İran Hormuz boğazının açılmasını ABŞ-dan güzəştlərə bağladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu