Bugun.tv xəbər verir ki, alimlər qatil balinaların (orka) dünyanın ən böyük sümüklü balıqlarından biri olan itiquyruq ay balığını ovlayarkən indiyədək məlum olmayan qeyri-adi üsulundan istifadə etdiyini qeydə alıblar. Tədqiqatın nəticələri Frontiers in Ethology jurnalında dərc olunub.
Beneath the Waves və Orcas Mexico təşkilatlarının tədqiqatçıları çəkdikləri görüntülərdə bir orkanın ovunu hərəkətsiz saxladığını, digərinin isə yüksək sürətlə ona çırpıldığını müəyyən ediblər. Güclü zərbə nəticəsində balığın cəsədi hissələrə ayrılıb.
İtiquyruq ay balığı uzunluğu 1,8 metrə, çəkisi isə 1,8 tondan çox ola bilən, dünyanın ən ağır sümüklü balıqlarından biridir. O, əsasən okeanın dərinliklərində yaşayır və yalnız bəzən dərisini parazitlərdən təmizləmək üçün suyun səthinə çıxır. Məhz həmin an orkaların hücumuna məruz qalır.

Alimlər bu davranışı iki dəfə müşahidə ediblər və hesab edirlər ki, bu üsul ovun parçalanmasını asanlaşdırır. Parçalanmış ət hissələrini əvvəlcə gənc orkalar yeyir, daha sonra isə böyüklər qalan hissələri qidalanmaq üçün istifadə edirlər.
Tədqiqatçılar ehtimal edirlər ki, bu davranış balalara ov etməyi öyrətmək məqsədi daşıya və ya sosial ünsiyyət forması ola bilər. Digər ehtimala görə isə bu, sadəcə oyun xarakteri daşıyan davranışdır. Alimlər dəqiq nəticəyə gəlmək üçün əlavə müşahidələrə ehtiyac olduğunu bildirirlər.
Mənbə: mail.ru
