22.1 C
Baku
7 Oktyabr 2024, 10:03
Baş xəbərDünya

Qatil Netanyahu: Biz sözümüzə əməl edirik

İsrailin Livanın cənubuna intensiv hava zərbələri endirdikdən sonra İsrailin soyqırımçı baş naziri Benyamin Netanyahu “şimalda qüvvələr balansını dəyişdirəcəklərinə söz verdilər və indi də məhz bunu etdilər” deyib.

“The Times of Israel” qəzetinin məlumatına görə, baş nazir Netanyahu İsrailin Livana intensiv hava zərbələrinin istiqamətləndirildiyi Müdafiə Nazirliyi kompleksində açıqlama verib.

Netanyahu, “Mən söz vermişdim ki, şimalda təhlükəsizlik balansını, güc balansını dəyişəcəyik. Biz məhz bunu edirik” deyib.

“İsrailin siyasətini hələ anlamayanlara aydınlıq gətirmək istədiyini” ifadə edən Netanyahu, “Biz təhdid gözləmirik, bunu qabaqcadan görürük. Hər yerdə, hər sahədə, hər zaman” deyib.

Netanyahunun açıqlamaları müdafiə naziri Yoav Gallant, İsrail ordusunun baş qərargah rəisi Herzi Halevi və Hərbi Hava Qüvvələri komandanı Tomer Barın iştirak etdiyi qiymətləndirmə toplantısından sonra verilib.

 Bu gün İsrailin Livana hücumları nəticəsində 182 nəfər ölüb

İsrail ordusu səhər saatlarından etibarən Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.

Livan Səhiyyə Nazirliyi bu gün hücumlarda ölənlərin sayının 182, yaralıların sayının isə 727-yə yüksəldiyini açıqlayıb.

Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir.

Təhsil Nazirliyi də təhsilin dayandırıldığını açıqlayıb. Daxili İşlər Nazirliyi İsrailin hücumları nəticəsində köçkün düşmüş vətəndaşlar üçün məktəblər açdıqlarını açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Neftin qiyməti yenidən artıb

Bugün TV

Bir gündə 245 cəsəd tapıldı

Bugün TV

Ukraynada 18 yaşından səfərbərliklər başlaya bilər

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu