Baş xəbərHadisə

Qayıq batdı: 1 nəfər itkin düşdü – FOTO

Bugun.tv xəbər verir ki, Çanaqqalanın Ezine rayonunda balıq tutmaq üçün gölməçəyə girən, içərisində 3 nəfərin olduğu qayıq batıb.

Məlumata görə, Bahçeli gölməçəsinə gedən Ali Aktaş, Kamal Ateş və Qulam Həzirət balıq tutmaq üçün səhər saatlarında su ilə hərəkət ediblər. Bir müddət sonra qayıq naməlum səbəbdən batıb.

Suya düşən Aktaş və Ateş üzərək quruya çıxa biliblər. Həzirət isə suda itib. İtkin düşən şəxsin tapılması üçün Jandarma, polis, sahil mühafizəsi, AFAD və UMKE qrupları tərəfindən axtarış-xilasetmə işlərinə başlanılıb.

Sahilə çıxan Kamal Ateş ehtiyat tədbiri olaraq Ayvacık Dövlət Xəstəxanasına aparılıb və həddindən artıq su udduğu üçün nəzarətə götürülüb.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

“Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirildi

Aynur Camal

Gündə cəmi 5 dəqiqə kitab oxumaq orqanizmə necə təsir edir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu