Bugun.tv xəbər verir ki, Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) təsisçisi Pakistanın müvəqqəti baş naziri ilə görüşüb, ona müstəqillik günü ilə bağlı səmimi təbriklərini çatdırıb və ikitərəfli əlaqələri müzakirə edib.
Səmimi keçən görüşdə cənab Navab Baş nazir Kakara ən xoş arzularını çatdırıb və son vaxtlar misli görünməmiş zirvələrə çatan möhkəm və inkişaf edən Pakistan-Azərbaycan münasibətlərindən, qardaşlığından danışıb. İki xalq arasında əlaqələrin möhkəmlənməsi üçün görülən və görüləcək işlərdən söz açıb.

“Bəlucistan əyalətindən olan cənab Ənvər Ul Haq Kakar təvazökar və fədakar insan kimi tanınır. Onun müvəqqəti baş nazir roluna yüksəlməsi mühüm məqamdır. Çünki o, tarixən təcrid olunmuş bir əyalətdən belə bir nüfuzlu vəzifə tutan ilk nümayəndədir. Onun təyinatı Bəlucistan xalqı arasında ümid və ilham yaratdı. Kakar ölkənin icra başçısının diqqətini tələb edən uzunmüddətli problemlərin həlli üçün potensiala malikdiir”, – gənc fəal bildirib.
Onun sözlərinə görə, şərəf və dəstək ifadəsi olaraq, baş nazir Kakar digər görkəmli şəxslərlə birlikdə Navabı ilk rəsmi naharda qəbul edib və səmimi söhbət başlayıb. Görüşdə əməkdaşlığa və tərəqqiyə sadiqlik vurğulanıb.

Tanınmış qlobal Pakistan gənclərinin lideri cənab Navab gənclərin inkişafı ilə bağlı fikirlərini bölüşüb və Pakistanın ümumi əhalisinin 64%-dən çoxunu təşkil edən gənclərin demoqrafik potensialının istifadə edilməsində baş nazir Kakarın dəstəyini istəyib. O, gənclərin istedadlarından istifadə etmək, onları ölkənin gələcək inkişafı üçün mühüm sərvət kimi yetişdirməyin önəmini vurğulayıb.
Pakistan-Azərbaycan Məzunları Assosiasiyası müvəqqəti baş nazirin birlik və tərəqqinin təşviqinə olan fədakarlığını alqışlayıb. Hər iki ölkənin ikitərəfli münasibətlərinin, xüsusən də insanlar arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəklərinə əmin olduqlarını və qarşılıqlı irəliləyiş üçün dialoqların davamlı aparılacağını vurğulayıb.