26 C
Baku
12 Sentyabr 2026, 18:25
İqtisadiyyat

“Qaytarıla bilməyən kreditlərlə bağlı yeni sığorta mexanizmi hazırlana bilər”

Azərbaycanda kredit götürən və sonradan işsiz qalan vətəndaşların maliyyə yükünü azaltmaq məqsədilə yeni sığorta mexanizmi hazırlanır.

İqtisadçı, millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib ki, hazırlanan qaydalara əsasən kredit risklərinin sığortalanması sistemi tətbiq oluna bilər. Bu mexanizm təsdiqlənəcəyi təqdirdə, borcalan özündən asılı olmayan səbəblərdən işini itirdikdə və ya gəlir mənbəyini itirdiyi üçün krediti ödəyə bilmədikdə, müəyyən hallarda öhdəliyin sığorta şirkəti tərəfindən qarşılanması mümkün olacaq.

Deputat qeyd edib ki, hazırda borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta mexanizmləri mövcuddur. Yeni qaydalar isə ilk dəfə olaraq vətəndaşların işsiz qalma riskinin də sığortalanmasını nəzərdə tutur.

Vüqar Bayramovun sözlərinə görə, bu yenilik həm vətəndaşların maliyyə təhlükəsizliyini gücləndirə, həm də bank sektorunda kredit risklərini azalda bilər. Bununla yanaşı, sığortanın tətbiqi kredit götürənlər üçün əlavə xərc yarada biləcəyindən, bankların faiz dərəcələrini müəyyən qədər azaltması həmin yükü kompensasiya edə bilər.

Deputat hesab edir ki, kredit risklərinin sığortalanması ilə bağlı yeni qaydaların qısa müddətdə təsdiqlənməsi həm bank sektoru, həm də borcalanlar üçün müsbət nəticələr verə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Hərbi gərginlik neft bazarını silkələdi

Aynur Camal

Vüqar Bayramov: Zəngəzur dəhlizinin açılması Naxçıvana yeni iqtisadi imkanlar yaradacaq

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar üzrə regional mərkəzə çevrilə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu