Digər

Qazaxıstan Çinin iştirakı ilə 100 MVt gücündə məlumat mərkəzi tikəcək

Bugun.tv Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bunu “Kazaktelekom” SC-nin İdarə Heyətinin sədri Bağdat Musin bildirib. O əlavə edib: “Biz 100 MVt gücündə məlumat mərkəzinin tikintisindən danışırıq. Daha aydın olmaq üçün qeyd edim ki, bu, bərpaolunan enerji mənbələri üzərində işləyəcək bütöv bir İT resursları şəhəridir”. “Kazaxtelekom” və “China Energy Overseas Investment” arasında bağlanan saziş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pekində səfəri zamanı imzalanıb. Sazişə əsasən, 20 MVt gücündə ilk modulun tikintisinə 2026-cı ildə başlanacaq. Bağdat Musin bu razılaşmanı Qazaxıstanın süni intellekt infrastrukturunun inkişafının gələcəyi adlandırıb.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu