12 C
Baku
21 Aprel 2026, 3:43
Digər

Qazaxıstan Prezidenti Çinin qlobal AI əməkdaşlıq təşkilatının yaradılması təşəbbüsünü dəstəklədi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin qlobal süni intellekt (AI) əməkdaşlıq təşkilatının yaradılması təşəbbüsünü dəstəkləməyi təklif edib.

Bugun.tv “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu təkliflə avqustun 11-də Qazaxıstan Prezidenti hökumət üzvləri və mərkəzi dövlət qurumlarının rəhbərləri ilə görüşündə çıxış edib. O qeyd edib ki, Çin Xalq Respublikası süni intellekt idarəetməsinə çoxtərəfli yanaşmanı təşviq etmək, rəqəmsal boşluğu azaltmaq, etika və süni intellektin davamlı tətbiqini inkişaf etdirmək üçün qlobal AI əməkdaşlıq təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edib. “Hesab edirəm ki, Çinin belə bir təşkilat yaratmaq təşəbbüsü dəstəklənməlidir və biz də hazırlıq işlərinə qoşulmalıyıq. Bu, ölkəmizin maraqlarına uyğundur”, -deyə dövlət başçısı bildirib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Belçika və Niderlanda etiraz edib: “Qarabağ”la bağlı qərarlar ləğv olundu

Aynur Camal

Təzyiqi azaltmağa kömək edən 4 qoz növü açıqlanıb

Aynur Camal

ChatGPT-nin bazar payı azalır: Gemini və Claude sürətlə irəliləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu