16 C
Baku
20 Aprel 2025, 16:45
Baş xəbərSosial

QHT sədri M.Rəhimova: “Əlilliyi olan şəxslərə qarşı kiçik stereotiplər, diskriminativ münasibət müşahidə olunur” 

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində dövlət qurumlarına təlim təşkil olunub. Gəncə şəhərində keçirilən təlimlər də öz aktivliyi ilə yadda qalıb. Tədbirə iştirakçı qismində Gəncə şəhərində olan müxtəlif dövlət qrumlarının əməkdaşları, QHT-lər qatılıb.QHT rəhbəri Məhluqə Rəhimovanın sözlərinə görə, Gəncə şəhəri inkişafı ilə seçilir. Lakin buna baxmayaraq bir sıra yeniliklərə ehtiyacı olan sahələri var. “Məsələn, əlilliyi olan şəxslərə qarşı kiçik stereotiplər, diskriminativ münasibət müşahidə olunur. Ən vacib dəyişiklk isə nitq mədəniyyətində olmalıdır. “Şikəst”, “invalid”, “topal” kimi sözlər gündəlik istifadədən çıxarılmalıdır”.

Gəncə şəhərində təşkil olunan tədbirdə ən çox zaman ayrılan mövzu əlilliyi olan şəxslərlə düzgün davranış, nitq mədəniyyəti, beynəlxalq protokolda qəbul edilən sözlərin istifadəsi olub. Görüşün sonunda gündəlik həyatımızda baş verən hadisələrdən misal gətirərək, çıxış yollarının müzakirə edilib.“Tədbir iştirakıları bu təlimdə əlilliyi olan qadın və uşaqlarla davranış kodeksini öyrəndilər. Xüsusi müraciət formalarını, əlilliyi olan şəxslərin müxtəlifliyini nəzərə alaraq, onlara davranış üslubları haqqında məlumat verildi. Təlimin ikinci hissəsində praktikada baş verənləri dinləyərək düzgün etik çıxış yolları müzakirə edildi. Hər ay onlarla əlilliyi olan şəxsin problemlərini həll etməyə çalışan vəzifə sahibləri özlərinin stresə-davamsız olduqlarını  bildirdilər. Bu onlarda yuxu pozuntusu, daha tez yorulma, səbirsiz və ruh halının düşkünlüyü hallarında müşahidə edildiyini dedilər” – deyə, M.Rəhimova əlavə edib.Etika mütəxəssisi Günel İbrahim tərəfindən ofis şəraitində icra edilən beyin məşğələləri, stresə davamlılıq texnikaları öyrədilib. Onların tətbiqi vasitasi ilə gün ərzində daha səmərəli və pozitiv qalmaq mümükünlüyü aşılanıb.

Tədrisin sonunda konsultasiyaya yazılanların qeydiyyatı aparılıb. Öyrədilən materialların aşılanma səviyyəsini ölçmək məqsədi ilə başlanğıc və sonda test sualar paylanılıb.

Təlimdə 28 nəfər iştirak edib.  

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

Aynur Camal

Prezident Davosda “Adani Group” şirkətinin təsisçisi və sədri ilə görüşüb

Nigar Məmmədova

3-cü Dünya Müharibəsi qorxusuna səbəb oldu: Ukrayna Britaniya raketləri ilə vuruldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu