Image default
Dünya

“Qırmızı” həyəcan elan edilən şəhərlərin sayı artır

İtaliyada yay mövsümünün əvvəlindən müşahidə olunan üçüncü isti hava dalğası ölkədə həyatı çətinləşdirməyə davam edir.

Bugun.tv xəbər verir ki, bu barədə Anadolu Agentliyi⁠ məlumat yayıb.

İtaliya Səhiyyə Nazirliyi yüksək temperatur səbəbindən bu gün 4 şəhərdə tətbiq edilən “qırmızı” həyəcan səviyyəsinin sabah 7 şəhərə çatdırılacağını açıqlayıb. İyulun 16-da isə Roma, Florensiya, Bolonya, Turin, Genuya, Palermo və digər şəhərlər daxil olmaqla ümumilikdə 15 şəhərdə ən yüksək təhlükə səviyyəsi qüvvədə olacaq.

Nazirlik xüsusilə yaşlılara, uşaqlara və xroniki xəstəliyi olan şəxslərə saat 11:00–18:00 arasında açıq havaya çıxmamağı, bol maye qəbul etməyi və günəş şüalarından qorunmağı tövsiyə edib.

Florensiyada artıq bir həftədən çoxdur davam edən yüksək temperatur turistlər və yerli sakinlər üçün çətinlik yaradıb. İnsanlar portativ ventilyator və yelpiklərdən istifadə edərək sərinlənməyə çalışırlar.

Bu arada Bolonya, Florensiya və Milan şəhərlərində fəaliyyət göstərən çatdırılma kuryerləri də həddindən artıq isti hava şəraitində işləməyə məcbur qaldıqlarını və əlavə ödəniş edilmədiyini bildirərək tətil qərarı veriblər.

İtaliya mətbuatının yazdığına görə, Sardiniya adasının bəzi bölgələrində havanın temperaturunun 40 dərəcəni keçəcəyi gözlənilir.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Bastiliya Günü üçün 70 min təhlükəsizlik əməkdaşı səfərbər edildi

Aynur Camal

Rusiya Aİ-ni Moskvaya qarşı əsassız ittihamlar irəli sürməkdə günahlandırdı

Aynur Camal

Rusiya ABŞ-ın İrana yeni hücumlarını tənqid etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu