4 C
Baku
28 Yanvar 2026, 0:16
DünyaSəhiyyə

Qısa gündüz yuxusu beyin funksiyasını bərpa edir və öyrənmə qabiliyyətini artırır

Yeni tədqiqat göstərir ki, qısa gündüz yuxusu beyin fəaliyyətini yaxşılaşdırmağa və yeni məlumatı daha effektiv qəbul etməyə kömək edir.

Şveytsariya və Almaniya alimləri tərəfindən aparılan araşdırmada aşkar edilib ki, 40–50 dəqiqəlik yuxu beyində sinir əlaqələrinin yenidən qurulmasına şərait yaradır və bu, öyrənmə prosesini dəstəkləyir. Bu tapıntılar “Synaptic reset” adlandırılan mexanizmi təsdiq edir – bu zaman beynin sinaptik əlaqələri yenilənərək yeni məlumat üçün “yer” açılır.

Tədqiqatda 20 sağlam könüllü iştirak edib.

Onlar bir gün qısa gündüz yuxusuna vaxt ayırıb, başqa gün isə yuxusuz qalaraq beyin fəaliyyətləri müqayisə edilib.

Ölçümlər EEG və TMS kimi metodlarla aparılıb və nəticələr göstərib ki, gündüz yuxusundan sonra beyin daha stabil və yeni əlaqələr qurmağa daha hazırlıqlı olur. Bu da xüsusilə yüksək intellektual fəaliyyət tələb edən işlərdə və öyrənmə prosesində faydalı ola bilər.

Alimlər vurğulayır ki, gündüz yuxusunun rolunu düzgün başa düşmək üçün əlavə genişmiqyaslı araşdırmalar lazım olsa da, qısa yuxunun enerji bərpası, konsentrasiya səviyyəsinin yüksəlməsi və öyrənmə qabiliyyətinin yaxşılaşması kimi təsirləri artıq bir çox elmi işdə təsdiq olunub. Bu tip yuxular, xüsusilə gecə yuxusu kifayət etmədikdə və ya beyin fəaliyyətinin sürətləndiyi dövrlərdə gündəlik performansı artırmaq üçün sadə və effektiv üsul kimi qiymətləndirilir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

2025-ci ildə Türkiyədə arxeoloji kəşflər diqqət çəkib

Aynur Camal

İran ABŞ-ə xəbərdarlıq etdi: Savaşa tam hazırıq

Aynur Camal

Trump “Paris Anlaşması”dan rəsmi olaraq çıxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu