25 C
Baku
27 İyul 2024, 4:41
Baş xəbərSosial

Quba şəhərində “Əlilliyi olan qadınların dövlət xidmətlərinə çıxışının təkmilləşdirilməsi layihəsi çərçivəsində IV-cü Dəyirmi masa keçirilib

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi olaraq, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların dövlət/ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba şəhərində IV-cü Dəyirmi masanı təşkil etdik. Layihənin fəaliyyəti zamanı görülən işlərin nəticələri, həyata keçirilən tədbirlərdən sonra həllini tapan problemlər barədə iştirakçılara slayd təqdimatı formatında ətraflı məlumat verdik. Koordinasiya Şurasının sədri Nəhayət Şirinovanın region üzrə görülən işlərlə bağlı təqdimatı dinlənildi. O, dövlət qurumlarının əməkdaşları ilə birgə görülən  işlər, həllini tapan məsələlər, nəticə etibarı ilə əlil qadınlara göstərilən xidmətlər barədə dəyirmi masa iştirakçılarına geniş məlumat verib”.

Qubada tədbir
IV Dəyirmi masa

Bu fikirləri “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova Bugun.tv-nin şimal bölgəsi üzrə xüsusi müxbiri Sevindil Fətəliyevə müsahibəsində bildirib. QHT sədrinin sözlərinə görə,  dəyirmi masada layihə üzrə təlimçi, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə çıxış edib. O, təşkil olunan seminarların uğurlu nəticəsindən danışıb. Bildirib ki, əlilliyi olan qadınlara keçilən təlimlərdən sonra onların əksəriyyəti hüquqlarını öyrənərək, özləri bir çox problemlərin həllində fəallıq göstəriblər. Bu, dəyirmi masada müsbət hal kimi qiymətələndirildi. Daha sonra Qusar və Xaçmaz rayonlarının koordinatorlarının hesabatları dinlənildi. Koordinasiya şurasının digər üzvləri tərəfindən birgə əməkdaşlığın müsbət nəticələri, görülən işlər haqqında hesabat təqdim edildi. Tədbirdə əlil qadın və qızların ictimai yerlərdə qarşılaşdıqları problemlər, onlara qarşı ayrıseçkilik və problemlərin həlli yolları barədə iştirakçılarla geniş müzakirələr aparıldı”.

Tədbir
Dəyirmi masada 6 aylıq hesabat dinlənilib

Dəyirmi masada, həmçinin, layihə çərçivəsində yaradılan Koordinasiya Şurasının üzvləri tərəfindən görülən işlərin müsbət göstəriciləri, birgə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər dinlənilib. Müzakirələr zamanı dövlət qurumlarının əməkdaşlar əlilliyi olan qadınlara qarşı həssas yanaşma, davranış qaydaları, onların qarşılaşdıqları problemlərin tez zamanda aradan qaldırılması kimi məsələlərə toxunulub. Əlilliyi olan qadınlara və qızlara “PROBLEMSİZ HƏYAT” devizi ilə, yaranan problemlərin həllində dəstək olmağın önəmliliyi vurğulanıb.

Xatıladaq ki, bu layihə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) təşkilatçılığı və Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin ümumi məqsədi: yoxsul ailələrdən, o cümlədən, məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.

Dəyirmi masanın davamlı olaraq həyata keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatların iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması üçün yerli fəaliyyət planlarının hazırlanmasıdır.

Qubada tədbir
Dəyirmi masada 35 nəfər iştirak edib

Qeyd edək ki, dəyirmi masada Quba, Qusar, Xaçmaz rayonlarının dövlət qurumlarının 35 nümayəndəsi iştirak edib.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Bugün TV

Oxşar xəbərlər

Qanunsuz tikililərin aqibəti necə olacaq ?

Nigar Məmmədova

3 min 612 ton pambıq ipliyi ixrac olunub

Aynur Camal

Silahlı dava oldu: 1 ölü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu