24 C
Baku
13 Sentyabr 2026, 23:17
Qubada təlim oldu
Baş xəbər

Əlilliyi olan qadınlarla etik ünsiyyət mövzusunda təlim keçirildi

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı BMT-nin Etimad Fondunun maliyyə dəstəyi ilə Qubada “Bakı, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların dövlət/ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi gerçəkləşdirilib.

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən təlimdə öncə QHT rəhbəri Məhluqə Qaramanlı çıxış edib. Tədbirin məramı barədə iştirakçılara məlumat verib. Sonra “Müxtəif növ əlilliyi və kommunikasiya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqlar” mövzusunda təlim başlayıb.Etika Akademiyasının rəhbəri Günel İbrahim quba sakinlərinə sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq-mühafizə sahələrində fəaliyyət göstərən qurumların əməkdaşları üçün müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlarla peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıq sahələrindən danışıb.

Birgə yaşamaq mədəniyyəti, etik davranış qaydaları, əlilliyi olan  qadınlarla davranış etikası, cəmiyyətdə öhdəliklərimiz, ictimaiyyətin vəzifəsi və sair məsələləri təlim mövzusunun əsas istiqamətləri olub.

Yeddi saat davam edən tədbirdə G.İbrahim beyin məşqlərinin faydalarından, neyro estetikanın mahiyyətindən danışıb. Stresə davamlılıqla bağlı ətraflı məlumat verib. Narazılıqları dəf etməyin yollarını izah edən tanınmış təlimçi konfliktli situasiyalara necə hazır olmağın sirlərini öyrədib. Əlillik etiketi haqqında geniş məruzə ilə çıxış edib.

Tədbirdə iştirakçılar Günel İbrahimə onları maraqlandıran suallar ünvanlayıblar. Təlimdə bilik testi və qiymətləndirmə olub.

Qubada təlim
sertifikat

Sonda təlimə qatılanlara sertifikatlar verilib, xatirə fotoları çəkilib.

Qubada təlim
təlim

Qeyd edək ki, layihənin 3 il müddətində Bakı şəhəri və bölgələrdə keçirilməsi nəzərdə tutulub.

Müxbir: Arzu İbrahimova 

 

Bugün TV

Oxşar xəbərlər

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

2026-cı ilin payız modasında hansı rənglər və geyimlər üstünlük təşkil edəcək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu