25 C
Baku
27 İyul 2024, 4:20
Baş xəbərDigər

Qubada Polis Akademiyasına qəbulla bağlı növbəti görüş keçirildi

Bugun.tv xəbər verir ki, DİN-in əməkdaşları mütəmadi olaraq ölkənin bütün şəhər və rayonlarında orta məktəb şagirdləri ilə vətənpərvərlik mövzusunda, eləcə də DİN Polis Akademiyasında təhsilə təşviqlə bağlı görüşlər keçirirlər. Bu dəfəki görüş isə Quba rayonunun Bağbanlı kənd tam orta məktəbinin şagirdləri ilə baş tutub.

Görüşdə Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev, DİN-in Polis Akademiyasının Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucov və digər polis əməkdaşları iştirak ediblər.

Əvvəlcə çıxış edən Mehman Əliyev məktəblilərə sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, xalqımızın tarixi keçmişi, ölkəmizdə yaradılan sabitlik, asayiş barədə danışıb. O, ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.

Həmçinin çıxış edən Elçin Orucov şagirdləri salamlayıb və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Daha sonra ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis polkovnik-leytenantı orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışıb.

Sonda şagirdlərin sualları cavablandırılıb və iştirakçılara Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən qısametrajlı tanıtım videoçarxı göstərilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Elon Musk, süni intellekt şirkəti xAI-nin sabah ilk texnologiyasını təqdim edəcəyini açıqladı

Şükufə Ramizqızı

Köhnə xəstəxana binasında yanğın

Aynur Camal

Yanğın baş verdi: Birmərtəbəli ev yararsız hala düşdü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu