27 C
Baku
27 İyul 2024, 7:57
Digər

Qulaq çöpünün zərərləri nələrdir?

 Deyir, qulaq gündə bir söz eşitməsə, kar olar. Qulağın da yaxşı eşitməsi üçün ona qulluq etmək vacibdir. İnsanların bir çoxu təmizlik vasitəsi kimi qulaq çöpündən istifadə edir. Sən demə, bu çöplər qulaqda bir sıra fəsadlar yarada bilir. Həkimlər qulaq çöplərini ən təhlükəli təmizlik vasitəsi hesab edirlər. Çünki çöplər ehtiyatsız davranıldığı halda qulaq kanalının divarını zədələyə və iltihab yarada bilər. Əslində çirk adlandırdığımız maddə qulağımızı quruluq və göbələk xəstəliklərindən qoruyur. Eyni zamanda xaricdən qulağa toz, maye daxil olmasının da qarşısını alır. Bu maddə eşitmə orqanında yerləşən piy vəziləri tərəfindən ifraz olunur.

Bugun.tv xəbər verir ki, Lor cərrahı Nigar Murad bu barədə məlumat verib. Onun  sözlərinə görə çirki çöplə təmizlədiyimiz zaman xarici qulaq keçəcəyimizdə mikrocızıqlar əmələ gəlir. Hansı ki bu mikrocızıqlardan qulağımızı təmizlədikdən sonra duşa və yaxud da dənizə girərkən mikroblar düşə bilər, xarici otit kimi problemlərlə üzləşə bilərik. “Bundan əlavə olaraq qulağımızı təmizləyərkən, əsasən də uşaqların qulağını təmizləyərkən təbil pərdəsini, yəni qulaq pərdəsi dediyimiz hissəni zədələyə bilirlər və bunun nəticəsində də daha ciddi problemlər yaranır. Ümumiyyətlə, qulaq çöplərindən mütəmadi istifadə eşitmə qabiliyyətinin azalması ilə nəticələnə bilər”.

Qulaq çöplərindən əslində  qulağımızın xaricini təmizləyərkən istifadə etmək məqsədəuyğundur. Daxilə isə müdaxilə heç bir halda düzgün hesab olunmur. Duş qəbul etdikdən, dənizə girib çıxıdıqdan sonra qulağımızı adi quru salfetlərlə barmağımız çatan yerə qədər təmizləsək yetərlidir.

Patoloji hallarda qulaq çirki bərkiyir və xarici qulaq keçəcəyində tıxac yaranır. Bu zaman qulaqda sızıltı, zəif eşitmə və ağrı kimi əlamətlər özünü göstərir. Belə olduqda vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur.

Nigar Məmmədova

Oxşar xəbərlər

Laçından çıxan ermənilərə “mənəvi təzminat” olaraq evləri yandırmağa icazə verildi…

Aynur Camal

İlk dəfə təyyarəyə minərək 920 min TL dəyərində ziyan vurdu

Sevinc Sadıqova

Dinozavrın yeni növü tapıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu