Açıqlamada hadisə nəticəsində ölən və yaralananların olmadığı, poçt şöbəsində yalnız maddi ziyanın olduğu bildirilib.
Kosovo polisi bu hərəkəti qəti şəkildə pisləyib və partlayışı törədənlərin müəyyən edilməsinə kömək etmək üçün hakimiyyət orqanlarını əməkdaşlığa çağırıb.
Digər tərəfdən, Kosovonun şimalında daha çox serblərin yaşadığı bölgələrdə fəaliyyət göstərən Serb Poçt İdarəsinin (Posta Srbije) 9 şöbəsi ötən il Kosovo qurumları tərəfindən həyata keçirilən əməliyyatla bağlanıb. Son günlərdə sözügedən filialların yerinə Kosovo Poçt şöbələri xidmət göstərməyə başlayıb.
Mənbə: TgrtHaber