DünyaKriminal

Qurana hücumun qarşısını almağa çalışan 15 nəfər saxlanıldı

Bugun.tv xəbər verir ki, İsveçin Malmö şəhərində müsəlmanların cəmləşdiyi Varnhemstorget bölgəsində polisin himayəsi altında Qurana hücum edən İraq əsilli Salvan Momikanın qarşısını almağa çalışan 15 nəfər saxlanılıb. Hadisə yerinə geniş polis mühafizəsi ilə gələn Momika reaksiyalara baxmayaraq Quranı yandırıb. Ətrafa toplaşan 100-ə yaxın nümayişçi Momikaya və polisə daş və butulka atıb. Bunun üzərinə polis Momikanı hadisə yerindən qaçırarkən nümayişçilərlə polis arasında əlbəyaxa dava düşüb. Malmö polisinin açıqlamasında aksiyanın çox şiddətli keçdiyi və ara-sıra iğtişaşların yaşandığı bildirilib. Hadisə baş verəcəyi təqdirdə polis yenidən ərazidə müşahidə aparmağa başlayıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Mütəxəssislər sümükləri möhkəmləndirən əsas qidaları açıqlayıb

Aynur Camal

Girişi qadağan olunan ada: Burada yaşayan zəhərli ilanlar bir dişləmədə öldürə bilər

Aynur Camal

ABŞ İranda onlarla hərbi hədəfə zərbələr endirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu