Pablo Pikasso, qiymətli afişa, ikinci əl mağazası, 7 min dollar, kolleksiyaçı, nadir əsər, ABŞ xəbərləri, maraqlı hadisə
Maraqlı faktlar

Qəhvə qiymətinə aldığı afişa 7 min dollara satıldı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində yaşayan 46 yaşlı Zakari Bodiş ikinci əl mağazasından cəmi 14,14 dollara aldığı afişanın dəyərini sonradan öyrənərək təəccüblənib.

Bodiş iki il əvvəl muzeydəki işini itirdikdən sonra dolanışığını təmin etmək üçün ikinci əl əşyalar alıb-satmağa başlayıb. O, növbəti alışlarından biri zamanı Pablo Pikassonun sərgi afişasına bənzəyən bir əsərə rast gəlib.

Əvvəlcə adi bir surət olduğunu düşünərək aldığı əşyanın əslində daha qiymətli ola biləcəyi üzə çıxıb. Mütəxəssislər əsərin orijinal olduğu təsdiqlənərsə, onun 4-6 min dollar arasında alıcı tapa biləcəyini bildiriblər.

Pablo Pikasso, qiymətli afişa, ikinci əl mağazası, 7 min dollar, kolleksiyaçı, nadir əsər, ABŞ xəbərləri, maraqlı hadisə

Xəbəri eşidən və risk etməyə hazır olan bir kolleksiyaçı Bodişlə telefon əlaqəsi saxlayıb. Nəticədə afişa 7 min dollara satılıb.

Əsərin əvvəlki sahibi isə onu 1960-cı illərdə bir dostunun hədiyyə etdiyini bildirib. O, afişanın dəyərini üzə çıxaran şəxsin bundan qazanc əldə etməsinə sevindiyini deyib.

 

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Adi dibçək torpağında elmə məlum olmayan birhüceyrəli canlı aşkarlandı

Aynur Camal

Qaranlıq maddədən sirli siqnal: alimlər hələ izah edə bilmir

Aynur Camal

Araşdırma: Çox kofein qəbul edənlər daha az, amma daha dərin yata bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu