Digər

Rəhim Rəhimli o film üçün musiqi bəstələyəcəkdi

Kinoteatrlarda uğurla nümayiş olunan “Evdə Qalmış” filminin kadrarxasında duyğulu anlar yaşanıb.

Bu barədə filmin rejissoru Valeh Əhmədov məlumat verib. O, bildirib ki, film çəkilişləri zamanı məkan axtararkən mərhum sənətçi Rəhim Rəhimli heyyətə köməklik edib. Şəxsi tanışlıq olmasa belə müğənni rejissorla əlaqə saxlayıb, məkan axtardığını eşidib, ona köməklik etmək istəyib. Hətta söz verib ki, film üçün xüsusi mahnı da bəstələyəcək. Təəssüf ki, çəkiliş bitən zaman müğənni dünyasını dəyişib. Amma rejissor filmdə Rəhim Rəhimlinin mahnısından bir parça səsləndirib.

Qeyd edək ki, film hal-hazırda günün istənilən saatında Park Cinema kinoteatrlar şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygun Mall və Zagulba Mall-da nümayiş olunur. Biletləri əldə etmək üçün parkcinema.az saytına keçid edə bilərsiniz.

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu