15 C
Baku
29 Mart 2024, 14:23
Baş xəbər

R.Məmmədli: “Törədilən təxribat müharibənin hələ də bitmədiyini göstərdi”

Xankəndi – Xəlfəli – Turşsu torpaq yolunda baş verən hadisə ilə bağlı hərbi ekspert Ramil Məmmədli Bugun.tv-yə münasibət bildirdi.

“Təbii ki Şuşa Xankəndi şəhəri istiqamətində ötən gün baş verən təxribatın səbəbi Ermanistan müdafiə nazirliyinin Qarabağdakı Erməni separatçı birləşmələrinə, həmçinin Ermənistan müdafiə nazirliyinin tabeliyində olan hərbi birləşmələrə silah sursat göndərməsidir. Məsələyə daha dərin mənada yanaşsaq, görərik ki, əslində bu hadisənin baş verməsinə əsas səbəb 10 Noyabr 2020 – cı il bəyanatının 4-cü bəndinə icra olunmamasıdır.Təbii ki, burada ittiham olunacaq bir neçə tərəf var. Bütün məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür. Çünki həmin hərbi birləşmələrin orada saxlanılması və bəyanatın 4-cü bəndinin icra olunmamasının da bir başa məsuliyyəti Ermənistanın üzərinə düşür. Amma bu məsələdə Ermənistanın hərbi birləşmələrini oradan çıxartmasını tələb edən dövlət Rusiya olmalıdır. Çünki Rusiya 10 Noyabr 2020- ci il bəyanatına imza atıb. Bəyanatın müddəalarının icra olunmasında məsuliyyət daşıyır.

Digər tərəf isə qərbdir: Amerika, Fransa. Və qərbin digər tərəfdaşları, yəni Avropa birliyi, Avropa Şurası. Xüsusən də, Avropa birliyi. Məsələ burasındadır ki, qərbin Ermənistanla dərin, sıx əlaqələri var və bu gün Ermənistanın güvəndiyi siyasi qüvvədir. Ermənistana həmin o siyasi qüvvənin təzyiqləri var. Bu təzyiqlər əlbəttə ki , Ermənistanda sülhün bərqərar olması, sülh müqaviləsinın imzalanması üçün müəyyən təsirlər göstərə bilər. Çox təəssüf ki, adı çəkilən bütün tərəflər bu məsələdə Ermənistana hər hansı bir təzyiq nümayiş etdirmir. Əksinə, erməni silahlı birləşmələrinin Qarabağda dislokasiya olunmasında, qalmasında göz yumurlar. Bu vəziyyət, Azərbaycanı bir mənalı olaraq qane etmir. Bu da  müharibənin bitməsi demək deyil. Deməli, tam olaraq müharibə bitməyib. Və baş verən hadisə də bunun bariz nümunəsidir. Bəzi fikirlər səsləndirilir ki,  Azərbaycan antiterror əməliyyatlarını keçirəcəkmi, ümumiyyətlə, bu baş tutacaqmı? Mən hesab edirəm ki, bu hadisə ele antiterror əməliyyatıdır. Azərbaycan Ordusu erməni terrorçularına silah daşıyan maşın karvanın qarşısını alıb. Və onları zərərsizləşdirilib. Hesab edirəm ki, artıq Azərbaycanın antiterror əməliyyatlarına başladığını deyə bilərik”. Sitatın sonu.

Kəmalə Sultan

Oxşar xəbərlər

Xarici işlər naziri Fidan omanlı və pakistanlı həmkarları ilə görüşüb

Bugün TV

İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul etdi

Bugün TV

Ermənistan bölgədə vəziyyəti gərginləşdirir

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu