Türkiyə Prezidenti R.T.Ərdoğan Osmaniyyədə çıxışında deyib ki, təbii fəlakət nəticəsində 16 170 nəfər ölüb, 64 194 nəfər isə yaralanıb.
Bugun.tv xəbər verir ki, R.T.Ərdoğan Osmaniyyədən əvvəl Qaziantep şəhərində olub və Qaziantep şəhərində azərbaycanlı jurnalistlərə açıqlama verib. Bildirib ki, Türkiyə dövlət başçısı Azərbaycan dövlətinin dəstəyini, o cümlədən Heydər Əliyev fondunun göndərdiyi humanitar yardımı yüksək qiymətləndirib.
Bu gün zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Azərbaycanın Birinci xanımı Heydər Əliyev fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan fond əməkdaşları ilə də görüşüb. Baş vermiş faciə ilə əlaqədar Heydər Əliyev fondunun Prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran fondun nümayəndəsi Elvin Aslanov bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib. Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Ərdoğan deyib ki, İlham qardaşım və Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri