16 C
Baku
9 Noyabr 2025, 17:29
Baş xəbərKriminal

Rabitə qülləsinə qara bayraq asan şəxs saxlanıldı

Şamaxıda biçilmiş əkin sahəsini yandıran şəxslər müəyyən olunub

Sabunçu rayonunun, Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asan şəxs saxlanılıb.

Bu barədə Bugun.tv-yə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub. Polis əməkdaşları tərəfindən həmin əməli törədən 40 yaşlı Samid Hüseynov müəyyən olunaraq saxlanılıb.

“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”,- DİN-dən bildirilib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ramazan ayında sağlam qidalanma məsləhətləri

Aynur Camal

3 yaşlı uşaq qardaşını öldürdü

Bugün TV

“Mən bu dövləti tamamilə məhv edəcəm” – TRAMPDAN ŞOK İDDİA

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu