Dünya

Raket sınağı uğursuz oldu: O, yerə çırpıldı və partladı

Çinin Henan əyalətində keçirilən “Tianlong-3” raket sınağı uğursuz başa çatıb. Raket təsadüfən buraxılış meydançasından çıxıb, yerə düşüb və partlayıb. Çinin Henan əyalətində raket sınağı partlayışla başa çatıb. Raket texnologiyasının inkişafı üzərində çalışan Space Pioneer aerokosmik şirkəti Tianlong-3 raketinin isti sınaq zamanı normal şəkildə atış etdikdən sonra struktur nasazlığı səbəbindən buraxılış meydançasını tərk etdiyini açıqlayıb.

Göyə qalxan raket tezliklə Qonqyi şəhərinin dağlıq ərazisinə düşüb və nasazlıq səbəbindən partlayıb. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilib.

Gongyi fövqəladə hallar idarəsindən verilən açıqlamada, raket pilləsinin hissələrinin düşdüyü ərazidə yanğının başladığı və alovların söndürüldüyü qeyd edilib. Digər tərəfdən, bir neçə mərhələdən ibarət olan raketlərin birinci və ya alt pilləsi atılır və atılan zaman raketi yuxarı itələyir. Yanacaq tükəndikdə birinci pillə düşür, ikinci pillə isə alovlanır və raketi itələyici qüvvədə saxlayır.

Mənbə: TGRT

Sevinc Sadıqova

Oxşar xəbərlər

Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhəd nəzarətini yenidən uzadacaq

İntizar Əmirova

Quruda başlayan yanğın villaya da keçdi

Bugün TV

Dəhşət! Heyvanlar sözün əsl mənasında ölümə tərk edilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu