Digər

Razi Nurullayev: “31 Mart – susdurulmuş həqiqətlərin səsi və tarixin vicdan imtahanıdır”

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, 1918-ci ilin mart–aprel aylarında baş verən hadisələr təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü zorakılıq aktları olub. Onun sözlərinə görə, erməni silahlı dəstələri tərəfindən törədilən qırğınlar Bakıdan başlayaraq Şamaxı, Quba, Qarabağ və digər bölgələrə yayılıb, nəticədə on minlərlə dinc azərbaycanlı qətlə yetirilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb.

Razi Nurullayev xüsusilə Şamaxıda onlarla kəndin yerlə-yeksan edildiyini, Qubada isə kütləvi məzarlıqların aşkar olunmasının faciənin miqyasını açıq şəkildə göstərdiyini vurğulayıb. O qeyd edib ki, qurbanların böyük əksəriyyətini qadınlar, uşaqlar və qocalar təşkil edib.

Deputat bu hadisələrin müasir beynəlxalq hüquq baxımından “soyqırım”, “insanlığa qarşı cinayət” və “etnik təmizləmə” kimi qiymətləndirilməli olduğunu bildirib. O əlavə edib ki, həmin dövrdə mövcud olan siyasi xaos və beynəlxalq maraqlar bu cinayətlərin obyektiv araşdırılmasına imkan verməyib.

Paylaşımda vurğulanıb ki, bu gün əsas məqsəd tarixi faktların beynəlxalq səviyyədə düzgün təqdim olunması, arxiv materiallarının araşdırılması və elmi əsaslarla sübut edilməsidir.

Razi Nurullayev həmçinin qeyd edib ki, 31 Mart hadisələri dövlətçilik baxımından da mühüm dərslər verir və milli birlik, güclü dövlət institutları cəmiyyətin təhlükəsizliyi üçün əsas şərtlərdəndir.

Deputatın fikrincə, 31 Mart təkcə matəm günü deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışdır ki, insanlığa qarşı törədilən cinayətlər unudulmamalı və onlara hüquqi qiymət verilməlidir.

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu