25 C
Baku
27 İyul 2024, 4:27
Baş xəbər

Regionlarda ekoloji maarifləndirmə kampaniyasının ilk tədbiri baş tutub

Bugün.tv xəbər verir ki, Sosial.tv-nin məlumatına əsasən, Regonlarda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə kampaniyasının təşkili” layihəsi çərçivəsində Şəki şəhəri Mərkəzi Kitabxanasında ilk maarifləndirici görüş keçirilib. 

Qeyd edilib ki, hazırda Azərbaycanda ekoloji problemlərdən biri də bölgələrdə torpaqların təkrar şoranlaşmasıdır.

 İki ay müddətində icra olunması nəzərdə tutulan layihənin məqsədi Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında bələdiyyə üzvləri, fermerlər və kənd təsərüfatı mütəxəsisləri arasında maarifləndirmə işi apararaq, bu günün bəlasına çevrilən ekoloji problemlərin gəlcəkdə nələrə yol aça biləcəyini, hansı fəsadla yaradacağını tədbir iştirakçılarının diqqətinə çatdırmaqdır.

Tədbirdə çıxış edən layihə rəhbəri Habil Niftalı Azərbaycanda ekoloji mühitin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışaraq bildirdi ki, son illər, ölkəmizdə əkinə yararlı torpaq sahələri şoranlaşır, yaşıllıqların məhv olması prosesi artır. Dünya təcrübəsidə göstərir ki, belə hallarla ən səmərəli mübarizə üsulu yerli icmaların xüsusilədə yerli idarəermə qrumlarının- bələdiyyələrin bu prosesə cəlb olunması ilə aparılır. Yerli icmanın maarifləndirilməsi və səfərbər edilməsi üçün bələdiyyələrlə əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maaliyyə vəsaiti ilə həyata keçrilən bu qəbildən olan layihələri dövlətlə vətəndaş cəmiyyətinin praktik əməkdaşlığı kimi qiymətlədirmək lazımdır.

“Ölkəmizin torpaq fondunun təqribən 20 faizindən və yaxud 501, 9 min ha-dan çoxu şoranlaşmış topraq hesab olunur. Düzgün aparılmayan irriqasiya nəticəsində təkrar şoranlaşma halları da geniş yayılmışdırş. Suvarılan torpaqların 80 faizindən çoxunun bərpa olunma zərurəti var. Bu problemin dünyada uğurlu həlli istiqamətində yerli əhali xüsusi təsirlərə malikdir.Təssüflər olsun ki, Azərbaycan əhalisinin ekoloji problemlərin həllinə diqqəti hələ də çox zəifdir”- layihənin eksperti Taleh Əliyev bildirib.

Xatırladaq ki, layihəyə Azərbaycan Respublikasının “Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” ilə yanaşı “OPTİMİST” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi də dəstək göstərib.

Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb.

Aynur Camal

Oxşar xəbərlər

Yol hərəkəti qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olundu-VİDEO

Nigar Məmmədova

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış oldu

Kəmalə Sultan

Prezident Davosda “Adani Group” şirkətinin təsisçisi və sədri ilə görüşüb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu