25 C
Baku
27 İyul 2024, 7:01
Dünya

Rekord istilər distant təhsillə bağlı qərara səbəb oldu

Filippində rekord istilik proqnozlarına görə, dövlət məktəblərində dərslərin iki gün ərzində onlayn keçirilməsinə qərar verilib.

Filippin Meteorologiya Bürosu (PAGASA) tərəfindən edilən şərhdə, yaxın üç gün ərzində temperaturun 37 dərəcəyə çata biləcəyi və hiss olunan temperaturun 45 dərəcə rekord səviyyədə qalacağı gözlənilir.

Temperaturun “təhlükəli” kimi təsnif edilən diapazonda olduğu qeyd edildi, çünki uzun müddət məruz qaldıqda “isti vuruşuna” səbəb ola bilər.

Rekord temperatur proqnozunun açıqlanmasından sonra Filippin Təhsil Departamenti sinif otaqlarının sıx ola biləcəyini və əksəriyyətində kondisionerin olmadığını əsas gətirərək dövlət məktəblərinə iki gün ərzində onlayn təhsilə keçməyi tapşırıb.

Mənbə: Ntv.Tr

Kəmalə Sultan

Oxşar xəbərlər

İlk dəfə olaraq bir-birinə yapışan yeni doğulmuş körpələri ayırmaq üçün əməliyyat keçirilib

Sevinc Sadıqova

Azərbaycan Ermənistana xəbərdarlıq etdi

Aynur Camal

Bu bölgədə hava həyəcanı verildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu