10 C
Baku
27 Dekabr 2024, 6:17
Baş xəbərDünya

Rekord sayda toyuq məhv edilib

Xarici Xəbərlər. 

 KİV-dən əldə etdiyimiz məlumata görə, Yaponiyada quş qripi 23 əyalətdə yayıldığı üçün rekord sayda toyuq məhv edilib.

Bazar ertəsi səlahiyyətlilər ölkənin quş qripi ilə mübarizə apardığı  bu ilin əvvəlində  artıq 10 milyona yaxın quşun öldürüldüyünü bildirib.

Xatırladılıb ki, ötən ilin oktyabrında Okayama əyalətinin qərbindəki quşçuluq fermasında ilk quş qripi hadisəsi aşkar edildikdən sonra digər 47 əyalətindən 23-də də rekord 56 infeksiyaya yoluxmanın olduğu görülüb.

Kyodo News xəbər verir ki, testlər quş qripinin mövcudluğunu təsdiqlədikdən sonra paytaxt Tokionun şimal-şərqindəki İbaraki əyalətində təxminən 930 000 toyuq kəsilməyə başladılıb,  ümumilikdə “məhv edilən quşların sayı 9,98 milyona çatıb”.

Bu, Yaponiyada qripə görə məhv edilən quşların rekord sayıdır.

Yaponiya Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyinin məlumatına görə, əvvəlki rekord 2020-ci ilin noyabrından 2021-ci ilin martına qədər 9,87 milyon ədəd olub.

Aynur Camal

Oxşar xəbərlər

Aşura günün anlamı

Bugün TV

Pentaqon Şimali Koreyanın Rusiya üçün Ukraynaya əsgər göndərməsi ilə bağlı iddiaları araşdırır

Aynur Camal

İspaniyadan İsrailə soyuq duş!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu