KİV-dən əldə etdiyimiz məlumata görə, Yaponiyada quş qripi 23 əyalətdə yayıldığı üçün rekord sayda toyuq məhv edilib.
Bazar ertəsi səlahiyyətlilər ölkənin quş qripi ilə mübarizə apardığı bu ilin əvvəlində artıq 10 milyona yaxın quşun öldürüldüyünü bildirib.
Xatırladılıb ki, ötən ilin oktyabrında Okayama əyalətinin qərbindəki quşçuluq fermasında ilk quş qripi hadisəsi aşkar edildikdən sonra digər 47 əyalətindən 23-də də rekord 56 infeksiyaya yoluxmanın olduğu görülüb.
Kyodo News xəbər verir ki, testlər quş qripinin mövcudluğunu təsdiqlədikdən sonra paytaxt Tokionun şimal-şərqindəki İbaraki əyalətində təxminən 930 000 toyuq kəsilməyə başladılıb, ümumilikdə “məhv edilən quşların sayı 9,98 milyona çatıb”.
Bu, Yaponiyada qripə görə məhv edilən quşların rekord sayıdır.
Yaponiya Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyinin məlumatına görə, əvvəlki rekord 2020-ci ilin noyabrından 2021-ci ilin martına qədər 9,87 milyon ədəd olub.