Baş xəbərKriminal

Restoranda oğurluq edən şəxs saxlanıldı 

Bugun.tv xəbər verir ki, Masazır qəsəbəsi ərazisindəki restoranların birindən 1700 manat dəyərində televizor, 6 ədəd pult və digər məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsi əməkdaşları əməliyyat tədbirləri keçiriliblər. Tədbir nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun qəsəbə sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Əvəz Məmmədov olduğu müəyyən edilib.

Araşdırmalarla onun həmin gün digər bir restorandan 520 manat dəyərində oğurluq etməsi də müəyyən olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ekspert: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçdi

Aynur Camal

Ekspert: Vaşinqton anlaşmasından bir il sonra regionda yeni iqtisadi imkanlar yaranır

Aynur Camal

Ekspert: Paşinyanın İlham Əliyevə zəngi sülhün bərqərar olduğunun göstəricisidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu