22 C
Baku
12 Sentyabr 2024, 2:35
Baş xəbərDünya

Reuters xəbər agentliyinin əməkdaşı Evans Ukraynaya raket hücumu nəticəsində həlak oldu

İHA Reuters xəbər agentliyinin əməkdaşı Rayan Evans Ukraynada otelə raket hücumu nəticəsində həlak olub.

Məlumatda bildirilir ki, Böyük Britaniyada yerləşən Reuters xəbər agentliyi Ukraynadakı müharibəni izləyən komandada təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışan Rayan Evansın şənbə günü Kramatorsk şəhərində qaldığı otelə raket hücumu nəticəsində öldüyünü açıqlayıb.

Hücum zamanı 6 nəfərlik komandadan 2 jurnalistin yaralandığı, xəstəxanaya yerləşdirilən jurnalistlərdən birinin vəziyyətinin ağır olduğu qeyd edilib.

“Ryanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Rayan bir çox jurnalistlərimizə dünyada baş verən hadisələri işıqlandırmaqda köməklik edib. Onun üçün çox darıxacağıq”, – bəyanatda deyilir.

Ukrayna Polisindən verilən açıqlamada, Evansın cansız bədəninin dünən yerli vaxtla saat 18.35 radələrində, hücumdan təxminən 19 saat sonra dağıntılar altından çıxarıldığı bildirilib. Ukrayna prezidenti Vladimir Zelenski Evansın ailəsinə və dostlarına başsağlığı verib və bunun hər gün davam edən “Rusiya terroru” olduğunu bildirib.

Məsələ ilə bağlı Rusiyadan rəsmi açıqlama verilməyib.

Britaniya vətəndaşı və keçmiş hərbçi olan 38 yaşlı Rayan Evans 2022-ci ildən Reuters-də təhlükəsizlik üzrə məsləhətçi işləyirdi.

Mənbə:  Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Xarkov vilayətində daha bir yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Aynur Camal

Efiopiya son illər defolt elan edən üçüncü Afrika ölkəsi oldu

Kəmalə Sultan

Anbarda yanğın baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu