25 C
Baku
27 İyul 2024, 4:12
Dünya

Rishi Sunakın Qəzza mövqeyi onun 115 yer itirməsinə səbəb oldu!

 Böyük Britaniyada İşçi Partiyası yüksəlişdədir.

İngiltərədə dünən keçirilən yerli seçkilərin ilk nəticələrinə görə, baş nazir Rişi Sunakın partiyası 115 yer itirib. Yüksələn Leyboristlər Partiyası 60 yer qazanıb.

İngiltərədə bələdiyyə sədrləri, şəhər şurası üzvləri və polis komissarlarının müəyyənləşəcəyi dünənki yerli seçkilərin ilk nəticələri açıqlanıb. Mühafizəkar Baş nazir Rişi Sunak hökuməti ciddi itkilərə məruz qalıb. Ana müxalifətdəki İşçi Partiyası İngiltərənin şimalındakı bəzi şuralara nəzarəti ələ keçirdi. Hakim partiya 115, Leyboristlər isə 60 yer itirib.

Yerli seçkilərdən sonra keçirilən ümumi seçkilərdə çətin anlar yaşayan Rişi Sunakın uduzmasına səbəb Qəzzaya münasibəti olub. Aprel ayında verdiyi son açıqlamada əvvəlki illərdə iki dəfə İsrailə silah satışını dayandırmasına baxmayaraq, İsrailə silah satışını davam etdirəcəklərini bildirən Sunak üzərinə təzyiqlər artacaq.

İndiyədək parlamentdə sayılan 2661 yerin yalnız dörddə biri ilə Mühafizəkarlar 115 yeri itiriblər; Leyboristlər 60 yer qazanıblar.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İsveçrə Ukrayna Sülh Sammitinə ev sahibliyi edəcək

Kəmalə Sultan

Məscidin imamı səhər namazını qılarkən bıçaqlandı

Nigar Məmmədova

Android smartfonlarının hiyləsi iPhone-a çatıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu