Polşa, robotlar, süni intellekt, robotlaşma, iş yerləri, əmək bazarı, insansı robotlar, süni intellekt qanunu
Dünya

Robotlar süni intellektə qarşı etiraz keçirdi: İş yerlərini qoruyun

Bugun.tv xəbər verir ki, Polşanın paytaxtı Varşavada təxminən 30 robot süni intellekt və robotlaşmanın əmək bazarına təsirinə diqqət çəkmək məqsədilə etiraz aksiyası keçirib. Müxtəlif tipli robotların iştirak etdiyi aksiya Rəqəmsal İşlər Nazirliyinin qarşısında təşkil olunub.

“Democratism” təşəbbüsü tərəfindən keçirilən aksiyada ikiayaqlı insana bənzər robotlarla yanaşı, dördayaqlı robot itlər də iştirak edib. Robotlar əllərində bayraqlarla nazirlik binasının qarşısında hərəkət edib və səsgücləndiricilər vasitəsilə “İş yerlərini qoruyun”, “Qaydalar müəyyənləşdirməyin vaxtıdır” və “Gözləməyin, tənzimləyin” şüarlarını səsləndirib.

Aksiyada iştirak edən süni intellektlə işləyən Agibot A3 bildirib ki, məqsəd bu texnologiyaların artıq uzaq gələcəyin məsələsi olmadığını, hazırda real şəkildə mövcud olduğunu göstərməkdir.

Etirazı təşkil edən Qjeqorj Kulis isə süni intellekt və insansı robotların xüsusilə zehni işlərdə insanların yerini tutması riskindən narahat olduqlarını deyib.

Polşanın Rəqəmsal İşlər naziri Kşıştof Qavkovski də aksiya yerinə gələrək təşkilatçılarla görüşüb. O, nəzarətsiz süni intellekt modellərinin robotlara inteqrasiyasının ciddi risklər yarada biləcəyini vurğulayıb.

Polşa, robotlar, süni intellekt, robotlaşma, iş yerləri, əmək bazarı, insansı robotlar, süni intellekt qanunu

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Avstraliya texnologiya şirkətlərini böyük cərimələrlə hədələdi

Aynur Camal

Tramp Kanadaya ultimatum verdi: Bombardier təyyarələrinin ABŞ-da satışı dayandırıla bilər

Aynur Camal

Bir əsrdən sonra işıldayan qurdlar yenidən Şimali Yorkşirə qayıtdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu