Truphone” şirkəti, rus oliqarxa qarşı sanksiyalardan və aylarla davam edən qeyri-müəyyənlikdən sonra satılıb.
“Truphone” iki avropalı iş adamına 1 funt sterlinqə satıldı. Bu da, Britaniya telekommunikasiya şirkətini rus oliqarx Roman Abramoviçin keçən mart ayında Böyük Britaniya hökuməti tərəfindən ona qarşı tətbiq etdiyi sanksiyalardan sonra üzləşdiyi qeyri-müəyyənlikdən çıxardı.
Alman iş adamı Hakan Koç və keçmiş telekommunikasiya rəhbəri Pyrros Koussios, sövdələşmənin milli təhlükəsizliyə təsirləri ilə bağlı hökumətin uzun sürən araşdırmasından və şirkətin təsisçilərindən birinin 250 milyon dollar dəyərində səhmlərdən istifadə edərək təklifi rədd etmək istəməsindən sonra, mərkəzi ofisi Londonda yerləşən qrupu satın alıblar.
İki investor keçən ay biznes, enerji və sənaye strategiyası üzrə dövlət katibindən milli təhlükəsizlik icazəsi və keçən həftə dondurulmuş aktivlərə nəzarətdən məsul olan xəzinədarlıqda Maliyyə Sanksiyalarının İcrası İdarəsindən lisenziya alıb.
Bununla bağlı müsahibə verən Koç, “Bu, çox rahatladıcıdır və nəhayət işə başlaya bilərik” dedi. “Şirkətin istiqamətini bilməmək işçilər üçün çox ağır oldu. Müştərilərimiz çox sadiq idilər vəi ndi nəhayət onlara bunun bitdiyini deyə bilərik” – deyə o əlavə etdi.

Aylar ərzində davam edən qeyri-müəyyənlik və 446 əməkdaşın taleyi, sanksiyalar altında olan şəxslərə, xüsusən də Böyük Britaniyanın milli təhlükəsizliyi üçün kritik hesab edilən sektorlara məxsus aktivlərin boşaldılması ilə bağlı mürəkkəbliyi göstərir.

May ayında hökumət Abramoviçə məxsus olan “Chelsea” Futbol Klubunun ABŞ maliyyəçisi Todd Boehly-nin rəhbərlik etdiyi ABŞ konsorsiumuna satılmasını təsdiqlədi.

Apple” və bir neçə böyük mobil şəbəkə operatorları tərəfindən istifadə edilən quraşdırılmış SİM kartları satan “Truphone” 2020-ci ildə 410 milyon funt sterlinq dəyərində qiymətləndirilib. Şirkət Abramoviç və onun iki rusiyalı biznes tərəfdaşı, neft-kimya maqnatları Aleksandr Abramov və Alexander Frolovdan 300 milyon funt sterlinqdən çox investisiya cəlb edib.