Romanovlar sülaləsinin nadir sapfiri 411 milyon rubla satıldı
Maraqlı faktlar

Romanovlar sülaləsinin nadir sapfiri 411 milyon rubla satıldı

Rusiya imperator ailəsi Romanovların kolleksiyasına aid 197,8 karatlıq nadir Seylon sapfiri Cenevrədə keçirilən hərracda 411 milyon rubla satılıb.

Bugun.tv xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Qiymətli daş “Sotheby’s” hərrac evinin “Royal and Noble Jewels” adlı satışında 4,1 milyon İsveçrə frankına alıcı tapıb. Hərracdan əvvəl onun dəyəri 850 min – 1,7 milyon İsveçrə frankı arasında qiymətləndirilmişdi. Beləliklə, yekun satış qiyməti ilkin qiymətləndirmənin yuxarı həddini 2,4 dəfədən çox üstələyib.

XIX əsrə aid, yastıq formasında kəsilmiş sapfir brilyantlarla bəzədilmiş “Cartier” qolbağının mərkəzində yerləşdirilib. Zərgərlik evi daşı təxminən 2015-ci ildə yenidən bu qolbağa yerləşdirib.

“Sotheby’s”in məlumatına görə, sapfir 1883-cü ildə Qış sarayında keçirilən təntənəli bal zamanı imperatriça Mariya Fyodorovnanın taxdığı iki daşdan biri olub. Həmin vaxt onlar “Faberge” işi brilyant bəzəkli zinət əşyalarında yerləşirdi.

Tarixi qiymətli daşın yeni sahibinin kimliyi açıqlanmayıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Amarant sağlam qida məhsullarının hazırlanmasında geniş istifadə oluna bilər

Aynur Camal

Alimlər sənaye sularını beş dəqiqəyə təmizləyə bilən mikrokapsullar hazırlayıblar

Aynur Camal

İtlər insanın keçmişini və təkamül tarixini öyrənməkdə alimlərə kömək edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu