27 C
Baku
23 Sentyabr 2026, 16:07
Dünya

Ruanq vulkanı yenidən püskürdü! Tam bir adanı boşaltdılar

20 saat əvvəl aktivləşən və qəfildən püskürən İndoneziya vulkanı səbəbindən onlar bütün adanı boşaldıblar. Həmin anlar kameralara düşüb.

İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin (PVMBG) 30 may 2024-cü il tarixində verdiyi açıqlamada Ruanq vulkanının lava və kül püskürdüyü və həyəcan səviyyəsinin 3-dən 4-ə yüksəldildiyi bildirilmişdi. Partlayışdan sonra ştatın Sam Ratulanqi Beynəlxalq Hava Limanında bütün əməliyyatlar dayandırılıb.

Sonradan ölkədə təşviş yarandı. İndoneziyada səlahiyyətlilər ətraf adalardakı sakinlərə xəbərdarlıq edərkən Şimali Sulavesi bölgəsindəki Sitaro adasından bütün sakinləri təxliyə edib. Həmin anlar kameralara düşüb. Bir ada tamamilə boşaldılıb. Vətəndaşlar yalnız geyinmək üçün bir neçə paltar götürüb bərələrlə evlərini tərk ediblər.Ruang dağı İndoneziyanın şimalında yerləşir. 1904-cü ildə fəaliyyət nəticəsində əmələ gələn lava qübbəsi ilə qismən doldurulmuşdur. O vaxtdan bəri lava günbəzlərinin və piroklastik axınların əmələ gəlməsi ilə vulkanik fəaliyyət müşahidə edilmişdir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Yer kürəsinin formasında qeyri-adi dəyişiklik aşkarlandı

Aynur Camal

Avtobuslarda yüksək səslə musiqiyə 500 dollara qədər cərimə

Aynur Camal

Tramp Danimarka və Qrenlandiya ilə saziş imzaladı: Suverenlik Danimarkada qalır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu