25 C
Baku
27 İyul 2024, 4:51
Dünya

Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxarılıb

Xarici Xəbərlər. 

Vladimir Putin erməni əsilli Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarıb.

“Aşağıdakı şəxslərin Rusiya Federasiyasının vətəndaşlığından çıxması haqqında ərizəsi təmin edilsin: Vardanyan Ruben Karlenoviç, 1968-ci il mayın 25-də Ermənistanda anadan olub <…>”, prezidentin sərəncamının mətnində deyilir. Həmin fərmanla iş adamı Konstantin Sidorovun Rusiya vətəndaşlığından çıxması ilə bağlı müraciəti təmin edilib”.

Azərbaycan onun ölkə ərazisinə daxil olmasını və bölücülüklə məşğul olmasını qanunazidd addım və cinayət sayır.

Xatırladılıb ki, sentyabrda Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçmək niyyətində olduğunu bəyan edib. Rusiyada o, “Troyka Dialoq”u qurdu və Moskva Skolkovo İdarəetmə Məktəbinin ilk prezidenti olub. 2011-ci ildən Rusiyanın varlıları siyahısına daxil edilib. Noyabrın 4-də məlum olub ki, tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) prezidenti Arayik Arutyunyan Vardanyanı ölkənin dövlət naziri təyin edib. Bu barədə məlumat DQR rəhbərinin saytında dərc olunub.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Polşa Qərbin Rusiyaya qalib gəlməsinin mümkünsüzlüyünü bəyan etdi

Bugün TV

Almaniyada Fələstinə dəstək nümayişi

Aynur Camal

Türkiyə birdən-birə Rusiya Federasiyasına iqtisadi zərbə vurdu – Rusiya bazarı itki içindədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu