13 C
Baku
22 Aprel 2026, 14:47
Dünya

Rumıniya Ukrayna yaxınlığındakı hava bazasını genişləndirir

Rusiya prezidenti Vladimir Putini qəzəbləndirəcək addım Rumıniyadan gəlib. Belə ki, Rumıniya Ukrayna sərhədi yaxınlığında yerləşən Mixail Koqalniçeanu aviabazasının genişləndirilməsi layihəsinə başlayıb. Ölkə mətbuatının məlumatına görə, Rumıniya hərbi bazanın genişləndirilməsi və modernləşdirilməsi layihəsinə təxminən 2,7 milyard dollar büdcə ayırıb.

Baza komandiri, polkovnik Nikolae Cretu bəyan edib ki, “Rusiyanın 2008-ci ildə Gürcüstan ərazisini və 2014-cü ildə Krımı ilhaq etməsi genişlənmə qərarında təsirli olub”.

Layihə çərçivəsində yeni uçuş-enmə zolağı, mühafizə qülləsi və mövcud və gələcək hərbi texnikanın saxlanması üçün əlavə anqarlar tikiləcək.

Bazanın genişləndirilməsi ilə NATO-nun Avropadakı ən böyük hava bazalarından biri olacağı təxmin edilir. Hərbi bazanın Qara dənizə birbaşa çıxışı olsa da, Rusiya ərazisinə yaxınlığı da diqqəti cəlb edir.

Mənbə: TGRT

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu