Ukrayna Rusiya ərazisi Kursk ərazisinə daxil olduqdan sonra Rusiya hava zərbələrini gücləndirib. Xarkovda məktəbə gedən ilk gün parkda oturan qız qəlpələrinin başına dəyməsi nəticəsində dünyasını dəyişib. 14 yaşlı uşağın anası qarşı skamyada ağlayaraq əsəb böhranı keçirib.
Rusiyanın Ukraynaya qarşı artırdığı hava hücumu ilk dərs günündə skamyada oturan 14 yaşlı qızın həyatına son qoyub. Xarkovda parkda anası ilə oturan qızın başına qəlpə dəyib və balaca qız ölüb.
Həmin anların şahidi olan ana hadisə yerində əlləri ilə üzünü qarşı skamyaya tutub hönkürüb. Ananın “Cəmi 14 yaşı var idi” fəryadları eşidildi. Polis hadisə yerini mühasirəyə alaraq kiçik qızın cansız cəsədini aparıb. Həmin anların görüntüləri sürətlə sosial şəbəkələrdə yayılıb və böyük əks-səda doğurub.
Digər tərəfdən, Rusiya ordusu gecə boyu Ukraynanın müxtəlif bölgələrinə 35 raket və 23 pilotsuz uçuş aparatı (PUA) ilə hücumlar həyata keçirib. Ukrayna prezidenti Vladimir Zelenski X hesabında verdiyi açıqlamada Rusiya ordusunun ölkəsinə hava zərbələri endirdiyini açıqlayıb. Zelenski bütün dünyanı Rusiyanın hücumlarına qarşı durmağa dəvət edib. Kiyevə edilən hücumlarda Krım Muxtar Respublikası Müsəlmanları Dini İdarəsinə aid məscid və İslam Mədəniyyəti Mərkəzinin də zərər gördüyünü bildirən Zelenski, Rusiya ordusunun Ukraynadakı ibadət yerlərini də hədəf aldığını müdafiə etdi.
“Rusiyanın nə mənəvi, nə insani dəyərlərə, nə dinə, nə də inanca hörməti var. Onlar Ukrayna xalqına qarşı məhvetmə kampaniyasını davam etdirir, bütün icmalarımızı və hətta müqəddəs ibadət yerlərimizi məhv etməyə çalışırlar”, – deyə Zelenski açıqlamalarında daxil edib.
Mənbə: TGRT