Dünya

Rusiya 170-dən çox Ukrayna PUA-sının vurulduğunu açıqlayıb

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 170-dən çox pilotsuz uçuş aparatının (PUA) Moskva da daxil olmaqla ölkənin müxtəlif bölgələri üzərində məhv edildiyini açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiya ərazisinə genişmiqyaslı PUA hücumu həyata keçirib. Bildirilib ki, yerli vaxtla saat 20:00-dan səhər 07:00-dək hava hücumundan müdafiə sistemləri tərəfindən ümumilikdə 172 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Açıqlamada vurğulanıb ki, pilotsuz aparatların bir hissəsi Moskva və digər bölgələr üzərində, həmçinin Azov və Qara dəniz akvatoriyalarında vurulub.

Rusiya Federasiyasının Krasnodar vilayətinin Operativ Qərargahı isə vurulan PUA-ların qalıqlarının düşməsi nəticəsində bölgədə yerləşən neft terminalında yanğın baş verdiyini bildirib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hücum nəticəsində insan tələfatı barədə hələlik məlumat verilməyib. Rusiya tərəfi hadisə ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər 40 yaşdan sonra gəncliyi qorumağa kömək edən 5 vərdişi açıqladı

Aynur Camal

Süni intellekt alimlərin 10 ilə yaxın araşdırdığı hipotezi 48 saata tapdı

Aynur Camal

Çin Arktik üzərindən Avropaya ilk müntəzəm yükdaşıma marşrutunu başladıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu