25 C
Baku
3 İyul 2025, 10:22
Siyasət

Rusiya ABŞ-a nota verdi!

“Rusiya ABŞ-ın Moskvadakı səfirliyinə  Yeni START Müqaviləsində Rusiyanın iştirakının dayandırılması ilə bağlı rəsmi nota təqdim edib”.

Bugun.tv xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a bildirib.

“Amerikalılar qərarımızın bəzi təfərrüatları ilə maraqlandılar. Xüsusilə də, bu halda zəruri olduğu üçün rəsmi bildirişin nə vaxt veriləcəyini soruşdular. Bildirdik ki, Rusiya prezidenti Vladimir Putin qəbul edilmiş müvafiq qanunu imzalayan kimi dərhal rəsmi bildiriş gələcək. Bu da dünən edilib”, – Ryabkov söyləyib.

O həmçinin qeyd edib ki, ABŞ nümayəndələri qapalı kanallarla bağlı son müzakirələr zamanı başqa aspektlərlə də maraqlanıblar.
“Ümid edirəm ki, verdiyimiz izahatlar hərtərəfli olub”, – deyə diplomat bildirib.

Rusiya və ABŞ arasında 2010-cu il aprelin 8-də Praqada imzalanmış müqavilədə hər iki ölkənin nüvə arsenallarının azaldılmasını nəzərdə tutur.

Putin Federal Məclisə müraciətində Rusiyanın müqavilədə iştirakını dayandırmaq qərarını açıqlayıb. Prezident vurğulayıb ki, Rusiya müqavilədən çıxmır. Lakin müqavilə bərpa olunmazdan əvvəl digər NATO dövlətlərinin – Böyük Britaniya və Fransanın nüvə arsenallarının müqavilə çərçivəsində necə hesablanacağını anlamalıdır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Dmitri Medvedevin “Twitter”dəki paylaşımı blok edildi

Nigar Məmmədova

Hindistan Ukraynaya dəstək olacaq

Nigar Məmmədova

Nazir Ceyhun Bayramov: Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu