Dünya

Rusiya Baltikyanı ölkələri bütün əlaqələri pozmaqda ittiham edib

Rusiya Xarici İşlər Nazirliyi Baltikyanı ölkələri aralarındakı əlaqələrin böyük hissəsinin kəsilməsində ittiham edir və buna cavab verəcəklərini vəd edir.

“Vilnüs, Riqa və Tallinin açıq düşmən xəttinə görə Rusiya ilə bütün dövlətlərarası, idarələrarası, regional və sektoral əlaqələr kəsilib”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA dövlət xəbər agentliyinə bildirib.

O, Moskvanın Baltikyanı ölkələrə qarşı diplomatik tədbirləri davam etdirəcəyini qeyd edib, lakin bununla hansı addımları nəzərdə tutduğunu açıqlamayıb.

Zaxarova RİA Novosti-yə bildirib ki, Rusiya Baltikyanı ölkələrə təsir etmək üçün diplomatik tədbirləri davam etdirəcək, lakin diplomatik missiyaların fəaliyyətini bağlamaq qədər uzağa getmək son dərəcə arzuolunmazdır. Onun sözlərinə görə, Moskva düşmənçilik hərəkətlərinə ilk növbədə iqtisadi və tranzit sahələrdə “asimmetrik tədbirlər”lə cavab verəcək.

Mənbə: Delfİ

Aynur Camal

Oxşar xəbərlər

Elon Musk-ın anası: “Bayden oğlumun dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”

Kəmalə Sultan

BMT: Sudanda atəşkəsə baxmayaraq, ayrı-ayrı toqquşmalar davam edir

Aynur Camal

Malatyada güclü zəlzələ: Eyni vaxtda onlarla bina çökdü – YENİLƏNİB- VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu