Dünya

Rusiya 8 S-300 raketi və 20 PUA ilə Ukraynaya hücum edib

Bugun.tv xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya ordusunun gecə saatlarında raket və İHA hücumu təşkil etdiyi bildirib. Açıqlamada Rusiya hərbçilərinin hücumlarda 20 ədəd “Şahed” tipli PUA-dan istifadə etdiyi, döyüş əməliyyatları nəticəsində 14 İHA-nın məhv edildiyi vurğulanıb.

Ukrayna Daxili İşlər Naziri İqor Klimenko da sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun bu gecə S-300 raketləri ilə Donetsk vilayətinin Pokrovsk, Novoqrodivka və Mirnoqrad şəhərlərinə intensiv hücum təşkil etdiyini bildirib.

Pokrovskda baş verən hücumda bir yaşayış binası, 9 ev, polis bölməsi, nəqliyyat vasitələri və qarajlara ziyan dəyib. Klimenko, evlərinin bağçasına mərmi düşən ailənin dağıntılar altında qaldığını bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Onlarla plastik pulqabı sahilə vurdu

Aynur Camal

Yatmazdan əvvəl narahatedici fikirlərdən qurtulmağın sadə yolu açıqlandı

Aynur Camal

Tramp Paşinyanı seçki qələbəsi münasibətilə təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu