Dünya

Rusiya daha 6 ölkə ilə sadələşdirilmiş viza rejiminə dair saziş imzalayır

Rusiya Hindistan, Suriya və İndoneziya da daxil olmaqla, altı ölkə ilə sadələşdirilmiş viza rejiminə dair sazişlər hazırlayır.

Bugun.tv xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov TASS-a bildirib.

“Hindistanla yanaşı, biz də Anqola, Vyetnam, İndoneziya, Suriya və Filippinlə viza rejiminin qarşılıqlı sadələşdirilməsini nəzərdə tutan hökumətlərarası saziş layihələri üzərində işləyirik”, – deyə xarici işlər nazirinin müavini bildirib.

Daha əvvəl İvanov Rusiyanın Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Baham adaları, Barbados, Haiti, Zambiya, Küveyt, Malayziya, Meksika, Trinidad və Tobaqo da daxil olmaqla, 11 ölkə ilə vizasız gediş-gəliş haqqında sazişlər üzərində işlədiyini açıqlamışdı.

Bugün TV

Oxşar xəbərlər

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Çin raketinə buraxılışı zamanı ildırım düşdü

Aynur Camal

İngiltərə İranın təhdidindən sonra: Ölkəmizi 24 saat müdafiə etməyə hazırıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu