Dünya

Rusiya hərbi gəmisi Britaniya yaxtasına xəbərdarlıq atəşi açdı

İngiltərə ilə Rusiya arasında gərginliyin artdığı bir vaxtda La-Manş boğazında Rusiya hərbi gəmisi Britaniyaya məxsus istirahət yaxtasına xəbərdarlıq məqsədilə atəş açıb.

Hadisə iyulun 15-də Uayt adasının cənubunda, beynəlxalq sularda baş verib. Britaniya tərəfinin məlumatına görə, “Bright Future” adlı şəxsi yaxta Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Qriqoroviç” freqatına yaxınlaşdıqdan sonra gəmi heyəti tərəfindən bir neçə xəbərdarlıq atəşi açılıb. Britaniya Müdafiə Nazirliyi atəşin yaxtanı hədəf almadığını, mümkün toqquşmanın qarşısını almaq məqsədi daşıdığını bildirib.

Rusiya Müdafiə Nazirliyi isə yaxtanın təhlükəli kursla hərəkət etdiyini, əvvəlcə siqnal raketləri buraxıldığını, daha sonra gəmi 150 metr məsafəyə yaxınlaşdığı üçün xəbərdarlıq atəşi açıldığını açıqlayıb.

Yaxtada olan britaniyalı cütlük Jane və Alan Kelvey BBC-yə açıqlamalarında hadisənin qorxulu olduğunu, lakin atəşin onlara tərəf yönəlmədiyini bildiriblər. Onlar Rusiya tərəfinin iddialarını təkzib edərək siqnal raketləri və radio xəbərdarlığı almadıqlarını söyləyiblər.

Hadisədən sonra Britaniya Kral Donanmasına məxsus HMS Tyne patrul gəmisi yaxtaya yaxınlaşaraq ekipajın təhlükəsizliyini yoxlayıb.

Məlumata görə, insident Böyük Britaniyanın Rusiyaya bağlı neft tankerini sanksiyaların pozulmasına görə saxlamasından bir neçə gün sonra baş verib. Britaniya rəsmiləri hadisənin həmin insidentlə birbaşa əlaqəsinin təsdiqlənmədiyini bildiriblər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın 80-ci Müstəqillik Günü Bakıda qeyd edildi

Aynur Camal

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu