müharibə
Dünya

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Rusiya ordusunun Ukraynanın Kiyev vilayətində yerləşən hərbi təlim obyektinə endirdiyi ballistik raket zərbəsi nəticəsində azı 10 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb. Hadisə ilə bağlı həm hərbi cinayət, həm də tədbirin təşkilində mümkün səhlənkarlıq üzrə araşdırma başlanılıb.

Məlumata görə, zərbə Ukraynanın müdafiə sənayesi nümayəndələrinin iştirak etdiyi tədbirin keçirildiyi özəl təlim meydançasına endirilib. Hücum nəticəsində ərazidə ciddi dağıntılar yaranıb, yaxınlıqdakı yaşayış evləri və avtomobillərə də ziyan dəyib.

Hadisə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-ın Raytheon şirkətinin nümayəndələri ilə keçirdiyi görüşdən bir gün sonra baş verib. Görüşdə Ukraynada Patriot hava hücumundan müdafiə sistemlərinin birgə istehsalı və ölkənin hava müdafiəsinin gücləndirilməsi məsələləri müzakirə olunmuşdu.

Ukrayna Baş Prokurorluğu hücumla bağlı Rusiyanın mümkün hərbi cinayət törətməsi istiqamətində istintaqa başlayıb. Bununla yanaşı, tədbirin təşkili zamanı təhlükəsizlik qaydalarına əməl olunub-olunmadığını müəyyən etmək üçün ayrıca cinayət işi də açılıb.

Mənbə: ApNews

Aynur Camal

Oxşar xəbərlər

Bazara dron hücumu: azı 21 nəfər öldü

Aynur Camal

Ukraynada humanitar əməliyyat üçün yerli atəşkəs başladıldı

Aynur Camal

İraq sahilləri yaxınlığında gəmidə yanğın baş verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu