Dünya

Rusiya Kiyevi ballistik raketlər və PUA-larla vurdu: ölən və yaralananlar var

Bugun.tv xəbər verir ki, Rusiya Ukraynanın paytaxtı Kiyevə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirib.

Məlumatına görə, hücum zamanı şəhərin mərkəzində güclü partlayış səsləri eşidilib. Sakinlər təhlükəsizlik məqsədilə metro stansiyalarına və sığınacaqlara üz tutublar.

Məlumata əsasən, hücum nəticəsində bir nəfər həyatını itirib, 21 nəfər isə yaralanıb. Kiyevin meri Vitali Kliçko bildirib ki, şəhərin bütün rayonlarında dağıntılar qeydə alınıb və bəzi yaşayış binalarına ciddi ziyan dəyib.

Ukrayna tərəfi hücum zamanı raket və pilotsuz uçuş aparatlarından istifadə edildiyini açıqlayıb. Eyni zamanda Rusiyanın “Oreşnik” tipli ballistik raketlərdən istifadə etdiyi iddia olunur.

ABŞ-ın Kiyevdəki səfirliyi isə hücumdan bir neçə saat əvvəl Ukraynaya böyük hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq etmiş və ABŞ vətəndaşlarına sığınacaqlara hazır olmaları tövsiyə olunmuşdu.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Sağlam qidalanmaq üçün bahalı məhsullar almağa ehtiyac yoxdur: mütəxəssisdən büdcəyə uyğun menyu

Aynur Camal

BMT: 1,82 milyondan çox suriyalı qaçqın ölkəsinə qayıdıb

Aynur Camal

“Yandex” xidmətlərindəki fasilələrdən istifadə edən dələduzlar aktivləşib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu