Dünya

Rusiya: Luqanskdakı kollecə PUA hücumu nəticəsində 4 nəfər ölüb

Bugun.tv xəbər verir ki, Rusiya tərəfi Ukraynanın Luqansk vilayətində yerləşən Starobelsk şəhərindəki kollecə pilotsuz uçuş aparatları ilə hücum təşkil etdiyini açıqlayıb.

Məlumatına görə, Rusiyanın İnsan Haqları üzrə Ali Komissarı Yana Lantratova hücum nəticəsində 4 nəfərin öldüyünü, 35 nəfərin isə yaralandığını bildirib.

Açıqlamada qeyd olunub ki, PUA-lar təhsil binasına və tələbə yataqxanasına düşüb. Hücum zamanı yataqxanada 14-18 yaş arasında 86 yeniyetmənin olduğu bildirilib. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir və dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.

Dmitriy Peskov baş verənləri “dəhşətli cinayət” adlandıraraq məsul şəxslərin cəzalandırılmalı olduğunu deyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə hücumu “terror aktı” kimi qiymətləndirib.

Eyni zamanda Rusiya Müdafiə Nazirliyi son sutka ərzində Moskva və Leninqrad da daxil olmaqla müxtəlif bölgələr üzərində Ukraynaya məxsus 217 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Kılıçdaroğlunun CHP rəhbərliyinə qaytarılması partiyada yeni mərhələnin başlanğıcıdır

Aynur Camal

Alimlər Ay’a uçuş üçün yeni “gizli marşrut” kəşf etdi: milyonlarla dollara qənaət mümkün olacaq

Aynur Camal

Rusiyada neft infrastrukturuna yeni dron zərbəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu