Image default
Dünya

BBC: Ebola bölgəsindən gələn sərnişin səbəbindən ABŞ-a uçan təyyarə Kanadaya yönləndirildi

Bugun.tv xəbər verir ki, Ebola virusunun yayıldığı bölgədən gələn bir sərnişinin səhvən ABŞ istiqamətli təyyarəyə minməsi səbəbindən təyyarə Kanadaya yönləndirilib.

Məlumatına görə, hadisə beynəlxalq səhiyyə və aviasiya qurumlarında ciddi narahatlıq yaradıb. Rəsmilər sərnişinin Konqo Demokratik Respublikasından gəldiyini təsdiqləsələr də, onun Ebola simptomları göstərib-göstərmədiyi barədə məlumat verməyiblər.

Məlumata əsasən, təyyarə ehtiyat tədbiri olaraq Kanadada hava limanına endirilib və sərnişin xüsusi tibbi nəzarətə götürülüb. Təyyarədə olan digər şəxslər də tibbi yoxlamadan keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, Afrika bölgəsində yoluxma və ölüm hallarında artım müşahidə olunur. Ekspertlər beynəlxalq uçuşlarda nəzarət tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Mənbə: BBC

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Ərdoğan NATO Zirvəsini uğurla təşkil etdi, Türkiyə alyansın ən güclü ölkələrindən biridir

Aynur Camal

Kosmos insan beyninə necə təsir edir? Alimlər uzunmüddətli uçuşlarla bağlı yeni riskləri açıqlayıblar

Aynur Camal

Al Jazeera: Rusiyada yarım milyondan çox insan müflis oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu